Dünya
G7 XİN rəhbərlərinin görüşü bu şəhərdə keçiriləcək - x
Gələn ildən “Böyük Yeddilik” (G7) ölkələrinə rəhbərlik edəcək Yaponiya hökuməti bu qurumun xarici işlər nazirlərinin görüşünün gələn ilin aprelində Naqano prefekturasının Karuizava kurort şəhərində keçirilməsini planlaşdırır.
Pubıika.az xəbər verir ki, bu barədə Kyodo agentliyi hökumətdəki mənbələrə istinadla məlumat yayıb. Həmçinin G7 liderlərinin sammitinin 2023-cü ilin aprelində Hiroşimada təşkil olunacağı da qeyd edilir.
Bildirilir ki, diplomatik idarələrin rəhbərlərinin görüşünün əvvəlcə Narada keçirilməsi nəzərdə tutulurdu. Lakin cari ilin iyulunda sabiq Baş nazir Şinzo Abe bu şəhərdə qətlə yetirildikdən sonra təhlükəsizlik baxımından həmin plandan imtina edilib.
Kauizava şəhəri isə paytaxt Tokioya yaxın yerləşməsi, buraya sürətli qatarlarla cəmi bir saatdan bir qədər çox vaxt sərf etməklə çatmağın mümkünlüyü və beynəlxalq tədbirlərin təşkilində təcrübəyə malik olması nəzərə alınaraq seçilib. Həmçinin bu şəhər 2016-cı ildə G7 ölkələrinin nəqliyyat nazirlərinin və 2019-cu ildə G20 ölkələrinin ətraf mühit və energetika nazirlərinin görüşlərinə ev sahibliyi edib.
Bununla yanaşı, G7 ölkələri maliyyə nazirlərinin və mərkəzi bankların rəhbərlərinin görüşünün Yapon dənizi sahillərində yerləşən Niiqata prefekturasında keçiriləcəyi də qeyd olunur.
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL
-
Avropa15:15Niderlandda sovet abidəsi ikinci dəfə təhqir edildi
-
Magazin215:06Sosial şəbəkələr bu fotonu danışır: 57 yaşlı ulduz tam soyundu - Foto
-
Avropa14:57Almaniya DİN-dən iğtişaşlara görə sərt cəza vədi
-
İdman14:48“Kəpəz”də qalmaqal: Mühafizə xidmətinin rəisi veteran futbolçunu döydü
-
MDB14:30Zelenski: "Biz Putinlə Türkiyədə görüşü dəstəkləyirik"
-
Hadisə13:45Bakıda jurnalisti döyən mühafizəçi saxlanıldı

















.jpg)













.jpg)
