Dünya
Obamanın müraciəti (VİDEO)
ABŞ prezidenti Barak Obama Amerikanın Yaxın Şərqdə İŞİD
qrupuna qarşı genişləndirilmiş hərbi planlarını
açıqlayır.
Prezident Obama Amerika xalqına müraciətdə ekstremist qrupun ABŞ-ın
milli təhlükəsizliyii üçün yaratdığı təhlükələrdən və bu hədələrə
qarşı mübarizə strategiyasından bəhs edir. Çıxışdan sonra ABŞ-ın
İraq və Suriyada yaraqlıların istinadgahlarına qarşı hava
hücumlarını genişləndiricəyi gözlənilir.
Prezident Obama ABŞ hökumətinin yüksək səviyyəli rəsmilərilə görüş
zamanı hərbi əməliyyatların genişləndirilməsi haqda Konqresin
təsdiqi olmadan da sərəncam verə biləcəyini deyib, lakin Ağ Evdə
Konqresin ən nüfuzlu dörd qanunvericisi ilə danışıqlar zamanı əlavə
edib ki, yaraqlılara qarşı mübarizədə ölkənin bir olduğunu nümayiş
etdirmək üçün səsvermənin keçirilməsini istəyərdi.
Ağ Ev rəsmisinin bildirdiyinə görə, prezidentin planında ABŞ-ın
İŞİD-ə qarşı mübarizə aparan qüvvələrə dəstəyin artırılması nəzərdə
tutulur. Buraya həm Suriya müxalifəti, həm də İraqın yeni
hökumətinə dəstək daxildir.
Daha əvvəl prezidentin sözlərinə görə ABŞ-ın İraqdakı
əməliyyatlarına quru qoşunu yeridilməyəcək. O əlavə edib ki,
terrorla mübarizə aviasiyadan istifadə edilərək və müttəfiq
qüvvələrə dəstək olmaqla aparılacaq.
Eləcə də Barak Obama bildirib ki, ABŞ “İD” terrorçu qruplaşmasına
qarşı mübarizədə böyük koalisiyaya rəhbərlik edəcək.
ABŞ prezidenti Barak Obama artıq təcili hərbi kömək üçün İraq
dövlətinə və İraq Kürdüstanı qüvvələrinə 25 milyon dollar
ayırıb.
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Avropa bankının pulunu mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat
-
ABŞ14:23
Dəhşətli terror aktları olacaq: Amerikalı general hazırlıq görməyə çağırdı