Dünya
“Hökumət oğlumu pis vəziyyətə qoydu”
İŞİD silahlıları tərəfindən başı kəsilərək edam edilən
ABŞ-lı jurnalist Ceyms Folinin anası hökumətdən narazılığını dilə
gətirib.
ANS PRESS-in məlumatına görə, İŞİD terrorçuları tərəfindən
qaçırılaraq başı kəsilib edam edilən jurnalist Ceyms Folinin anası
Diana Foli “CNN”ə müsahibə verib.
Diana Foli ABŞ hökumətinin oğlunu pis vəziyyətə qoyduğunu və buna
görə dəhşətə gəldiyini bildirib. Övlad itkisi yaşayan ana Ceymsin
azadlığa buraxılması müqabilində fidyə ödəmək fikrinə tazı
olduqları zaman hökumət tərəfindən həbs edilmə hədəsi ilə
üzləşdiyini də gizlətməyib.
“Cimin (Ceyms) azad edilməsi üçün göstərdiyimiz səylər hökuməti
narahat etdi. Onun azadlığı ABŞ-ın strateji mənafeləri arasında
deyildi. Bizə sadəcə onun möcüzəvi şəkildə sərbəst buraxılmağını
gözləməyimizi söylədilər. Və sərbəst buraxılmadı. Ölkəmizin Cimi
pis vəziyyətə qoyduğunu hiss edirəm. Cim bunu bilsəydi, çox
kədərlənərdi. O, son anına qədər ölkəsinin onu qurtarmağa
gələcəyinə inanırdı. Cim çox qorxunc bir şəkildə öldürüldü.” – deyə
Diana Foli müsahibəsində bildirib.
Qeyd edək ki, Foli 2012-ci ildə Suriyada oğrulanıb. “İslam Dövləti”
qruplaşmasının baş qərargahı Suriyada yerləşir və Foulinin orda
öldürüldüyünü güman edilir.
-
Avropa12:45
Bu ölkə 7 saatlıq iş gününə keçir
-
Cənubi Qafqaz11:25
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi
-
Nida Xəbər 11:10
Bu xanıma yüksək vəzifə verildi - FOTO
-
Nida Xəbər 10:50
Qazaxla sərhəd kəndin sakinləri şoka düşüblər: Paşinyanla görüşdə onlara nə deyiblər?
-
İqtisadi gündəm10:26
Rubl və avro ucuzlaşaraq görün neçəyə oldu
-
Hadisə09:50
Bakının mərkəzində sürət yarışı: 10-a yaxın maşın əzildi - Video
-
Sosial09:14
Keçmiş daxili işlər naziri saxlanıldı
-
Sosial08:37
Dələduzlar yeni yola əl atdılar: “Cərimən varsa...” - VİDEO