Dünya
Ukraynada 73 əsir mübadilə edildi
"Bizi mühasirəyə almışdılar. Təslim olmaq məcburiyyətində qaldıq. Bizə dedilər ki, təslim olun, yoxsa yarım saat ərzində burada hər şeyi məhv edərik. Biz də təslim olmağa məcbur olduq".
Bu fikirləri əsirlərin mübadiləsi zamanı separatçılar tərəfindən hökumətə təhvil verilən ukraynalı əsgərlərdən biri səsləndirib.
Publika.az-ın “Associated Press”ə istinadən məlumatına görə,
Ukrayna ordusu ilə Rusiyayönümlü qüvvələr arasında məhbus
mübadiləsi dünən də davam edib. Belə ki, ötən gün Donetsk
yaxınlığında ölkənin şərqində gedən döyüşlərdə hər iki tərəfdən
girov götürülmüş daha 73 nəfərin mübadiləsi baş tutub.
Mübadilə prosesində ATƏT müşahidəçiləri də iştirak ediblər.
Xatırladaq ki, bir neçə gün əvvəl də ATƏT nümayəndələrinin iştirakı
ilə 31 nəfər girov və məhbusun mübadiləsi baş tutmuşdu. Mübadilə
prosesi sentyabrın 5-də qüvvəyə minmiş atəşkəs razılaşması
çərçivəsində həyata keçirilir.
BMT-nin hesablamalarına görə, Ukraynanın şərqində aprelin
ortalarından davam edən silahlı münaqişə 3000-dən çox adamın
həyatına son qoyub.
-
Magazin119:40
Nadirin səhhətində problem yarandı - AÇIQLAMA
-
Sosial19:15
Cəsarət Valehova yeni vəzifə verildi? - YENİLƏNDİ
-
Ekologiya18:45
Hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 18:15
Ermənistanla sərhəddə 40 dirək quraşdırıldı
-
Sosial17:38
Bakı dünyanın İdman Paytaxtı seçildi
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi