Dünya
“Politico” Azərbaycanın minatəmizləmədəki irəliləyişindən yazdı
Böyük Britaniya ordusunun veteranı, ATƏT-in Donetskdəki missiyasının keçmiş başçısı Met Votli “Qərbin Ukrayna üçün "Marşall planı" ilə bağlı konsensusu yanlışdır” adlı məqaləsində Şərqi Avropa ölkəsindəki mina məsələsinə toxunaraq bu problemlə mübarizədə Azərbaycanın öncü olduğuna diqqət çəkib.
Publika.az xəbər verir ki, Metli Votlinin məqaləsi nüfuzlu “Politico” nəşrində dərc edilib.
Yazısında Qərbin Ukraynanın bərpası üzrə təklif olunan "Marşall Planı"nı tənqid edən Met Votlinin fikrincə, problemə, xüsusilə mina məsələsinə sadəcə pul yatırmaq heç bir nəticə verməyəcək:
“Azərbaycanın qonşu Ermənistan tərəfindən qanunsuz şəkildə işğal olunmuş Qarabağ bölgəsi və suveren ərazisinin böyük hissəsinə nəzarəti bərpa etməsindən sonra Qafqazdakı son təcrübələr bunu təsdiqləyir”.
O xatırladıb ki, son iki ildə Azərbaycan dünyanın ən çox minalanmış ərazilərindən birində yenidənqurma işlərinə başlayıb:
“Qaytarılan torpaqların təmizlənməsi prioritet məsələ olub: bu, evlərindən didərgin salınmış yüz minlərlə məcburi köçkünün öz yurdlarına qayıtmasına yol açıb. Onların köçürülməsi milli qürur məsələsinə çevrildiyi üçün hökumət öz milli ehtiyatlarını bu işə adayıb”.
ATƏT-in sabiq rəsmisi mina təmizləmənin baha başa gələn, həm də əziyyətli iş olduğunu qeyd edib, lakin bu məsələdə Azərbaycanın irəliləyiş əldə etdiyinə vurğulayıb:
“Azərbaycan iki il əvvəl bölgəni azad edəndən bəri 514 kvadrat kilometr ərazi təmizləyib ki, bu da 2020-ci ildə dünya təmizlənmiş ərazilərlə müqayisədə 1,5 dəfə çoxdur. Bu, irəliləyişdir. Amma 11 270 kvadrat kilometr qalıb”.
Eyni zamanda, Met Votli Ukraynadakı mina probleminin nəhəngliyinə işarə edərək Qarabağla müqayisədə Şərqi Avropa ölkəsindəki çirklənmiş ərazilərin 10 qat çox olduğunu bildirib.
Qeyd edək ki, “Marşall planı” və ya rəsmi adı ilə “Avropanı bərpa proqramı” İkinci Dünya müharibəsindən sonra ABŞ-ın Avropaya yardım proqramıdır. Bu təşəbbüs 1947-ci ildə ABŞ dövlət katibi Corc C. Marşall tərəfindən irəli sürülüb və 1948-ci ilin aprelindən qüvvəyə minib. Planın həyata keçirilməsində 17 Avropa ölkəsi, o cümlədən Qərbi Almaniya iştirak edib.
“Marşall plan”ı Qərbi Avropada müharibədən sonra sülhün bərqərar olmasına töhfə verib. Planın məqsədi müharibə nəticəsində dağılmış Avropa iqtisadiyyatını bərpa etmək, ticarət əngəllərini aradan qaldırmaq, Avropa ölkələrinin sənayesini modernləşdirmək, kommunistləri güc strukturlarından sıxışdırıb çıxarmaq və bütövlükdə Avropanı inkişaf etdirmək olub.
“Marşall planı”na SSRİ iqtisadiyyatının müharibədən sonrakı yenidən qurulmasına yardım da daxil idi, lakin Sovet İttifaqının rəhbərliyi proqram çərçivəsində yardımın bütün formalarından imtina edib.
-
Yaxın Şərq15:55İsrail ordusu indi də Suriyaya girdi
-
Region14:36Paşinyanın seçki kampaniyasında qalmaqal - VİDEO
-
MDB14:28Ukrayna son sutkada 1400-ə yaxın hərbçi itirib? - Şok iddia
-
Magazin214:20Trampın qızı qəribə geyimi ilə gündəm oldu - FOTO
-
Magazin214:0249 yaşlı Şakiranın yeni imici - FOTO
-
Enerji13:53İşğalda olan şəhərdə böhran - Benzin talonla alınacaq
-
İqtisadi gündəm12:24Yağışlar məhsuldarlığa mənfi təsir edib? - Bazarlarda meyvələrin qiyməti(VİDEO)
-
Yaxın Şərq11:53İsrail ordusu bu tarixi məkanı ələ keçirdi

































