Dünya
Əfqanıstanda 6 milyon insan aclıqla üzləşə bilər
Əfqanıstanda 6 milyon insanın qida çatışmazlığı ilə üzləşdiyi bildirilir.
Publika.az-ın xəbərinə görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin Əfqanıstan üzrə xüsusi nümayəndəsinin müavini Ramiz Ələkbərov bildirib ki, Əfqanıstanın bəzi bölgələrində qışda temperatur mənfi 25 dərəcəyə enir və bu da bir sıra problemlərə səbəb olur:
“Qışa hazırlıq səylərini dəstəkləmək üçün bizə 768 milyon dollar və ilin sonuna qədər 614 milyon dollar lazımdır”.
Ölkədə 6 milyon insanın qida çatışmazlığı ilə üzləşdiyini vurğulayan Ələkbərov 2023-cü ildə əhalinin üçdə ikisinin (28 milyon-red.) humanitar yardıma ehtiyacı olacağını vurğulayıb.
Qeyd edək ki, "Taliban"ın 2021-ci ilin avqust ayında hakimiyyətə gəlməsindən sonra ölkəyə edilən beynəlxalq yardımlar dayandırılıb. Bu vəziyyət ölkə iqtisadiyyatına ciddi zərbə vurub.
Dövlət qurumlarında və özəl sektorda işləyən minlərlə qadın işini itirib.
Tural
-
İdman21:39“Barselona” Bakıda: Hansı futbolçular gəldi?
-
Ekopublika.az19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
-
Rəsmi xronika14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?











.jpg)






.jpg)




.jpg)



.jpg)







