Rusiya genişmiqyaslı hücuma keçə bilər - Nazir
Bizi izləyin

Dünya

Rusiya genişmiqyaslı hücuma keçə bilər - Nazir

Ukraynanın energetika naziri Herman Haluşenko xəbərdarlıq edib ki, Rusiya Yeni il ərəfəsində xüsusilə qanadlı raketlərdən istifadə etməklə genişmiqyaslı hücuma keçə bilər.

Publika.az xəbər verir ki, Holuşenko bu barədə Ukrayna televiziyasına danışıb.

"Ruslar enerji şəbəkəmizə hücumlarından əl çəkmədilər. Yeni il isə enerji şəbəkəmizə zərər vurmağa çalışacaqları tarixlərdən biri ola bilər", deyə o bildirib.

Nazir daha sonra deyib:

"Ukrayna-Rusiya müharibəsindən artıq 10 ay geridə qaldığı halda, Putin Kiyevi raketlərlə vurmağa davam edir. Rusiya qüvvələri Yeni il ərəfəsində ölkənin enerji infrastrukturuna güclü zərbələr endirəcək. Ukraynalıların Yeni ili problemsiz qarşılaya bilmələri üçün enerji infrastrukturunun mümkün qədər tez təmir olundu".

Xatırladaq ki, Rusiya lideri Vladimir Putin daha əvvəl Ukraynanın enerji infrastrukturuna edilən hücumlarla bağlı "Qonşu ölkənin enerji infrastrukturuna hücumlarımızla bağlı çox səs-küy var. Bəli, bunu edirik", - deyə açıqlamalar vermişdi.

Aydan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm