Dünya
Blinken kimin vasitəsilə Lavrova mesaj göndərib?

Rusiyanın xarici işlər naziri Sergey Lavrov misirli həmkarı Sameh Şükri vasitəsilə ABŞ dövlət katibi Entoni Blinkendən Ukrayna ilə bağlı mesaj aldığını təsdiqləyib.
Publika.az xəbər verir ki, Lavrov danışıqlardan sonra keçirilən mətbuat konfransında TASS-ın sualını cavablandırarkən deyib: “Cənab nazir əvvəlki sualı cavablandırarkən bildirdi ki, o, bu yaxınlarda Qahirədə səfərdə olan dövlət katibi Blinkenin müəyyən mesajını çatdırıb. Mən bunu təsdiqləyirəm”.
O vurğulayıb ki, Rusiya bütün mövcud vəziyyətin “hərtərəfli kontekstində” həllinə yönəlmiş istənilən ciddi təklifi dinləməyə hazırdır.
Qeyd edək ki, yanvarın 31-də Moskvada Rusiya və Misir xarici işlər nazirlərinin görüşü baş tutub. Onlar beynəlxalq və regional problemləri, o cümlədən, Ukrayna böhranını müzakirə ediblər.
Aydan

-
ABŞ07:23
ABŞ banan ölkəsi səviyyəsinə enib - Tramp
-
Ekologiya07:00
Bu gün Bakıda hava necə olacaq?
-
Magazin206:40
Şakiradan ayrılan futbolçu: "Çox xoşbəxtəm"
-
Qoroskop00:07
Bürclər bu gün nə vəd edir? - Hər şey göründüyü kimi deyil!
-
Qarabağ 25 Mart 23:18
Səssiz əməliyyat: Ordumuz bu əraziləri azad etdi
-
Hadisə25 Mart 22:05
Ermənilər İsveç - Azərbaycan oyununda təxribatlara hazırlaşırlar
-
Region25 Mart 21:45
AEBA-nın rəhbəri: "Nüvə riskinin azaldılması üçün..."
-
İdman25 Mart 20:58
BOS-dan "Qarabağ” azarkeşlərinə BİLDİRİŞ