Dünya
Yeni müdafiə naziri məzuniyyətə gedib, yoxsa gizlənib?
Danimarkanın müdafiə naziri və baş nazirin müavini Yakob Ellemann-Jensen bildirib ki, bazar ertəsi yeni hökumətin işə başlamasından təxminən iki ay sonra qeyri-müəyyən xəstəliyə görə məzuniyyət götürüb.
Publika.az xəbər verir ki, bu barədə "Avropa həqiqəti" yazır.
49 yaşlı nazir bildirib ki, ötən həftə Ukraynadan qayıtdıqdan sonra qısa müddətə xəstəxanaya yerləşdirilib.
"Mən dərhal işə qayıtmaq istəyirdim. Amma indi bir neçə gün keçdikdən sonra başa düşdüm ki, buna hazır deyiləm", - o, "Facebook"da yazıb.
"Uzun müddətdir ki, hədsiz dərəcədə məşğul olmuşam. İndi bədənim mənə siqnal göndərir ki, fasilə vermək vaxtıdır, əks halda hər şey pis olacaq",- o deyib.
Nazir əlavə edib ki, həkimin məsləhəti ilə işini bir müddət dayandırmalı və məzuniyyətə çıxmalıdır: "Sonra hazır olanda qayıdacağam"
Hökumət tərəfindən bildirilib ki, onu bu müddətdə iqtisadiyyat naziri Troels Lund Poulsen Ellemann əvəz edəcək.
Onun bu qərarı Danimarka hökumətinin Ukraynadakı müharibə şəraitində müdafiə büdcəsinin maliyyələşdirilməsinə kömək etmək üçün bayram tətilini ləğv etmək planlarına qarşı etirazlar fonunda baş verib. Ona görə də, bəziləri bunu məzuniyyət yox, qaçış, gizlənmək hesab edirlər.
Baş nazir Mette Frederiksen isə Yakob Ellemann-Jensenin qərarını dəstəkləyib:
"Mən, şübhəsiz ki, bu qərarı dəstəkləyirəm. Çünki Yakobun özünün də yazdığı kimi, səhhətiniz qaydasında deyilsə, eyni anda ata, müdafiə naziri və partiya sədri ola bilməzsiniz".
Ayşən
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO
-
Magazin118:24“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”
-
Nida Təhlil 17:00Məktəbli forması şəxsi seçim deyil, ümumi qaydalarla tənzimlənməlidir - Professor
-
Dünya15:32Bu ehtiyatlar da yoxa çıxır: Dünyanın daha bir ciddi ərzaq böhranı gözləyir
-
Dünya13:38Rusiya geri çəkildi, bu bazarı Türkiyə tutur
-
Rəsmi xronika11:02İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü oldu
-
Nida Xəbər 10:39Pensiya alanların nəzərinə
-
Dünya10:06İsraildən Türkiyə ilə bağlı etiraf: “Alov halqası" bizi sürətlə əhatə edir






























