Poroşenko Ukrayna-Rusiya sərhədi barədə qərarı imzaladı
Bizi izləyin

Dünya

Poroşenko Ukrayna-Rusiya sərhədi barədə qərarı imzaladı

Ukrayna hakimiyyəti Rusiya ilə sərhədi bağlaması istiqamətində növbəti addımını atdı.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Ukrayna prezidenti Pyotr Poroşenko “Ukraynanın müdafiəsi və müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üçün təcili ölçülər haqqında” qanunu imzalayıb.

Xatırladaq ki, sözügedən qanun 28 avqust 2014-cü il tarixində Ukrayna Milli Təhlükəszilik və Müdafiə Şurası tərəfindən qəbul edilib. Qanunda Ukrayna və Rusiya Federasiyasının dövlət sərhədində yerləşən avtomobil buraxılış məntəqələrinin müvəqqəti bağlanması, həmçinin ehtiyac olduğu halda digər növ buraxılış məntəqələrinin də müvəqqəti bağlanması əksini tapıb.

Bundan başqa, Ukrayna Milli Təhlükəszilik və Müdafiə Şurası Nazirlər Kabineti və P.Poroşenkoya Rusiyaya qarşı xüsusi iqtisadi sanksiyaların tətbiqi haqqında layihəsi təklif edir. “Ukraynanın müdafiəsi və müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üçün təcili ölçülər haqqında” qanunda Rusiya Federasiyası ilə Ukraynanın dövlət sərhədinin birtərəfli demarkasiyası və onun uyğun mühəndis-texniki avadanlığın tətbiqi barədə bənd yer alıb.

Qanunda həmçinin məxfi informasiyanı özündə saxlayan iyirmi bənd var və hansı məsələlərin nəzərdə tutulduğu naməlum olaraq qalır.

Xatırladaq ki, Ukrayna Rusiya ilə sərhəddə divarın tikintisinə başlayır. Bu günlərdə hökumət layihənin reallaşdırılması üçün maliyyənin təxminən 18 milyon dollarlıq ikinci tranşını keçirib. İlk olaraq isə 8 milyon dollar ayrılmışdı. Ukraynalı mütəxəssislərin divarın tikintisi üçün 100 milyon dollardan çox lazım olacağını bildirirlər.

Ukrayno-Rusiya sərhədinin ümumi uzunluğu 2,3 min kilometrdir. Kiyev edir ki, Ukraynanın şərqindəki problem həll etmək sərhədin şəffaflıq vəziyyətinə görə mümkün deyil. Ukrayna hakimiyyəti muzdlular və Rusiya hərbçilərinin, həmçinin hərbi texnikanın Rusiya-Ukrayna sərhədini asanlıqla keçdiyini iddia edir.

Ukrayna hakimiyyətinin planına görə, divar ilk mərhələdə Çerniqov, Sumsk və Xarkov ərazilərində, Krımla inzibati sərhəddə, həmçinin Donetsk, Zaporojye və Herson vilayətlərinin Azov dənizinin sahili ilə tikiləcək. Luqansk və Donetsk vilayətlərinin təxminən 400 kilometrlik sərhədi isə separatçıların nəzarəti altındadır. Həmin ərazilərdə isə divarın daha sonra tikilməsi planlaşdırılır, lakin konkret tarix açıqlanmır. Layihədə tikanlı məftillər, müşahidə qüllələri, infra-qırmızı videokameralar və tank əleyhinə xəndəklər nəzərdə tutulub.

Rusiya Federasiyası prezident administrasiyasının başçısı Sergey İvanov bildirib ki, divarın tikintisi Rusiya və Ukrayna arasında hər hansı münasibətləri bərpa etməyi qeyri-mümkün edəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm