"Taliban" marixuananın becərilməsini qadağan etdi
Bizi izləyin

Dünya

"Taliban" marixuananın becərilməsini qadağan etdi

Əfqanıstan hakimiyyəti ölkədə sirr (marixuana) yetişdirilməsini qadağan edib.

Publika.az xəbər verir ki, bu barədə "Taliban" hərəkatının ali lideri Hibətullah Axundzadənin imzaladığı fərmanda deyilir.

Ölkə dünyanın ən böyük tiryək istehsalçısı və ən böyük sirr (marixuana) istehsalçılarından biridir. Üstəlik, Əfqanıstanda sirr istehsalının həcmi ilə bağlı etibarlı statistika yoxdur.

BMT ekspertlərinin fikrincə 2009-cu ildə Əfqanıstanda sirr becərilməsi üçün ayrılmış torpaq sahəsinin 10.000-24.000 hektar arasında olduğu güman edilirdi.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm