Məşuqəsi ilə yeni həyata başlamaq üçün arvadını ZƏHƏRLƏYİB ÖLDÜRDÜ
Bizi izləyin

Dünya

Məşuqəsi ilə yeni həyata başlamaq üçün arvadını ZƏHƏRLƏYİB ÖLDÜRDÜ

Amerikanın Kolorado ştatının Aurora qəsəbəsində diş həkimi işləyən 45 yaşlı Ceyms Toliver Kreyq məşuqəsi ilə yeni həyata başlamaq üçün arvadını həyasızcasına zəhərləyib.

Publika.az xəbər verir ki, bu barədə "The Daily Beast" yazır.

Bildirilib ki, martın 15-də 43 yaşlı Angela özünü pis hiss etdiyindən şikayətlənib. Ceyms arvadını xəstəxanaya aparmalı olub. O, həkimlərə şiddətli baş ağrısı və başgicəllənmə hiss etdiyini bildirib. Və sonra qadının vəziyyəti sürətlə pisləşməyə başlayıb.

Angelanın vəziyyəti o qədər pisləşib ki, onu süni nəfəs aparatına qoşulub. Amma bu da kömək etməyib və qadın ölüb. Həkimlər belə qəfil ölümün səbəbinin zəhərlənmə ola biləcəyini deyiblər.

Tezliklə bu versiya Ceymsin həmkarlarından biri tərəfindən təsdiqlənib. O, həkimlərə Anjelanın əri üçün ofisinə siyanür, arsen və oleandrin olan bağlamanın necə gətirildiyini gördüyünü deyib.

Daha sonra hüquq-mühafizə orqanları araşdırmaya başlayıb, araşdırma zamanı zəhərlənmə ilə bağlı versiya təsdiqlənib. Məlum olub ki, səhər ər arvadının protein kokteyline sadəcə zəhər töküb.

Ceyms qətl ittihamı ilə həbs edilərək həbsxanaya göndərilib. Dindirmələrin birində o, hər şeyi Denverdən olan məşuqəsi üçün etdiyini etiraf edib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm