Putinin bu addımı Trampı özündən çıxardı: "Onu yaxşı tanıyırdım, amma..."
Bizi izləyin

ABŞ

Putinin bu addımı Trampı özündən çıxardı: "Onu yaxşı tanıyırdım, amma..."

ABŞ prezidentliyinə namizəd Donald Tramp Rusiya lideri Vladimir Putinin onun rəqibi Kamala Harrisi dəstəkləyəcəyi barədə sözlərindən inciyib.

Publika.az xəbər verir ki, Tramp bu barədə Viskonsin ştatında tərəfdarları qarşısında çıxışı zamanı danışıb.

Bu həftə Şərq İqtisadi Forumu zamanı Rusiya prezidenti ABŞ-dakı seçkiləri ironik şəkildə şərh edib. O qeyd edib ki, Rusiya Federasiyası Co Baydeni Amerika prezidenti kimi görməyə üstünlük verəcək, lakin o, yarışdan kənarlaşdığı üçün onun varisi, vitse-prezident Harris ön plana çıxıb. Putin qeyd edib ki, onun “yoluxucu gülüşü” yaxşı əhval-ruhiyyədən xəbər verir və əlavə edib ki, əgər belədirsə, o zaman Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməkdən çəkinəcək.

“Mən Putini yaxşı tanıyırdım. Amma o, bu yaxınlarda Kamalaya dəstək olub. Bu məni həqiqətən incitdi. Maraqlıdır, o, niyə Kamalanı dəstəklədi? O, şahmat oyunçusudur”, - Tramp bildirib.

Rusiya prezidentinin sözlərinə ABŞ administrasiyası da mənfi reaksiya verib. Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Putini Amerika seçkiləri ilə bağlı müzakirələri dayandırmağa çağırıb və belə bəyanatların yersiz olduğunu, yalnız ikitərəfli münasibətlərdə gərginliyi artırdığını vurğulayıb.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm