Dünya
78 yaşlı qadın bankı qarət etdi, 3-cü dəfə
Bank soyğunçuluğuna görə iki dəfə mühakimə olunan 78 yaşlı amerikalı Bonni Çuxa qarşı yeni ittiham irəli sürülüb.
Publika.az xəbər verir ki, bu barədə "The Kansas City Star" məlumat yayıb. Bu yaxınlarda ABŞ-ın Missuri ştatında soyğunçuluq baş verib. Məhkəmə sənədlərində göstərilir ki, qadın kassirə "13.000 kiçik əskinas tələb olunur, təşəkkür edirəm, bağışlayın, sizi qorxutmaq istəmədim" yazılmış qeyd verib. Prokurorlar bildiriblər ki, müşahidə kameralarından alınan videoda görünür ki, qadın kassirdən tələsməsini xahiş edərək piştaxtanı da döyəcləyir.
Çux, həmçinin 1977-ci ildə Kaliforniya bankını, 2020-ci ildə isə Kanzas Siti şəhəri yaxınlığında bir bankı qarət etməkdə təqsirli bilinib. Onun ikinci quldurluğa görə sınaq müddəti 2021-ci ilin noyabrında başa çatıb.
Polislər onu evindən 3,2 km aralıda saxlayıblar. Saxlanılan zaman ondan kəskin spirt qoxusu gəldiyi, pulların isə avtomobilin içinə səpələndiyi bildirilib.
Aydan
-
Nida Xəbər 17:56Ceyhun Bayramovla Maka Boçorişvili arasında geniştərkibli görüş olub - YENİLƏNDİ
-
Magazin115:12"Şəhid ailəsindən 5 min manat istəyən müğənni var"
-
Nida Xəbər 14:15Demək, cəmiyyətdə məmura qarşı etimad yoxdur - Deputat
-
Nida Xəbər 13:35Deputatdan çağırış: Atanızın əlaqələrinə deyil, biliyinizə güvənin
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO

































