Dünya
VƏTƏNDAŞ MÜHARİBƏSİ: Xartumda döyüşlər şiddətləndi
Sudanın paytaxtı Xartumun mərkəzində nizami ordu ilə Çevik Reaksiya Qüvvələri (RRF) arasında döyüşlər şiddətlənib.
Publika.az xarici KİV-ə istinadla xəbər verir ki, bu, tərəflərin müvəqqəti olaraq humanitar dəhlizlərin açılması barədə razılığa gəlməsindən sonra baş verib.
Bundan əvvəl Sudan hökumət ordusu və ölkənin SRF bir neçə saatlıq humanitar dəhlizlər açmağa razılaşıb.
Xartumda əsas döyüşlər ölkənin silahlı qüvvələrinin baş komandanlığının binası yaxınlığında baş verib.
Bundan əlavə, Sudanın Həkimlər Komitəsi aprelin 16-da yerdəki hərbi əməliyyatlarda vəd edilən humanitar fasiləyə əməl olunmadığını bildirib.
Həkimlərin nümayəndələrindən biri atəşkəsin əsasən yerli mətbuatda müzakirə olunduğunu vurğulayıb.
Bundan əvvəl Afrikanın ən böyük telekommunikasiya şirkəti MTN dövlət telekommunikasiya tənzimləyicisinin göstərişi ilə Sudanda interneti bağlamışdı.
Bundan əvvəl BMT baş katibi Antonio Quterreşin rəsmi nümayəndəsi Stefan Düjarrik Sudanda münaqişə tərəfləri ilə danışıqlar aparıb. O, onları hərbi əməliyyatları tez bir zamanda dayandırmağa və danışıqlar masasına qayıtmağa çağırıb. BMT-nin baş katibi Sudanda sülh yolu ilə nizamlanmasına əlavə yardım göstərməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, aprelin 15-də Sudanda nizami ordu ilə Çevik Reaksiya Qüvvələri arasında toqquşmalar başlayıb.
Hüseyn İbadlı
-
İdman13:06“Mançester Siti”nin sabiq futbolçusu "Qarabağ"da
-
Ekologiya12:55Bakıda leysan yağacaq - HAVA PROQNOZU
-
Sağlamlıq12:00Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər
-
Avto11:43Ruslar kütləvi şəkildə avtomobildən imtina edirlər - SORĞU
-
MDB11:09Lukaşenko 72 yaşını qeyd edir - Putin həmkarını ağız dolusu təriflədi
-
İdman09:10Acunun klubu tarix yazır
-
Avropa08:48Dəhşətli faciə: ata və oğlu peyinlə dolu çəndə həlak oldular
-
Səhiyyə08:36Botoksdan istifadənin təhlükəsi açıqlandı



















.png)












.jpg)