Dünya
Bu ölkədə məktəblilərə bel çantası qadağan edildi
ABŞ-də məktəblərdə tez-tez baş verən hücumlara qarşı yeni tədbirlər görülür. Miçiqan ştatında bu mənada maraqlı qərara imza atılıb. Belə ki, Flint Dövlət Məktəbləri regionunda şagirdlərə bel çantalarından istifadə etmək qadağan olunub.
Publika.az xəbər verir ki, bununla bağlı valideynlərə məktub göndərilib və bel çantası gətiriləcəyi təqdirdə (hətta şəffaf olsa belə) təhsil müəssisəsinin girişində məktəblilərdən alınacağı bildirilib. Uşaqların şəxsi əşyalarına gəlincə isə, ancaq kiçik pul kisələri, paltarlar üçün plastik torbalar və nahar qutularına icazə veriləcəyi vurğulanıb. O da qeyd edilib ki, icazəli əşyaların özü də girişdə yoxlanacaq.
Xatırladaq ki, mart ayında Tennessi ştatında ibtidai məktəbə hücum olub, nəticədə üçü uşaq olmaqla altı nəfər öldürülüb. Bundan başqa elə həmin ay 17 yaşlı məktəbli Denverdə orta məktəbə basqın edərək iki nəfəri silahla yaralayıb.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO





























