Dünya
Balaca oğlunun cəsədini belə daşıdı - Ürək parçalayan görüntülər - VİDEO, FOTO
Bu görüntülər Türkiyənin ayıbıdır.
Türkiyənin Van vilayətinin Gürpinar rayonundakı Yalınca kəndinin yaxınlığındakı Çeli məkanında yaşayan Taş ailəsinin sonbeşiyi Məhərrəmin qızdırması qalxmışdı. 3 yaşlı oğlan anasının bütün səylərinə rəğmən alışıb-yanırdı.
Məhərrəmin atası xəstəxanaya zəng vurub, yalvarıb, yardım istəyib, "Oğlum ölür, əldən gedir, Allah naminə, gəlin" deyib. Xəstəxanadan isə ona "Yolları qar bağlayıb, gələ bilmərik" deyiblər.
Və balaca Məhərrəm valideynlərinin bütün səylərinə rəğmən gecə saat 2-də qızdırmadan keçinib.
Milli.Az DHA-ya istinadən bildirir ki, kənddən 16 km aralıda yerləşən Çelidəki ailə Məhərrəmin cəsədini kəndə aparmaq üçün oğlunu çuvala qoyub.
Biçarə atanın başqa çarəsi yoxdu, çünki kənd yolları bərbaddır.
Məhərrəmin əmisi Əbdürrəhman Taş deyib: "Qardaşımın oğlu xəstələnən kimi xəstəxanaya zəng vurduq. Amma kimsə bizimlə maraqlanmadı. Gecə xəbər aldıq ki, Məhərrəm ölüb. Tez ora getdik. Məhərrəmi kəndə qədər çuvalda gətirdik, sonra Vana yollandıq. Prokurorluğa şikayətlənmişik, çünki Məhərrəmin ölümündə hamının günahı var. Əgər vaxtında yardım edilsəydi, uşaq ölməyəcəkdi".
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR