Bayden Zelenskini Yaponiyada gözləyir
Bizi izləyin

Dünya

Bayden Zelenskini Yaponiyada gözləyir

Ukrayna Prezidenti Volodimir Zelenski G7 sammitinin keçirildiyi Xirosimaya gələrsə, ABŞ Prezidenti Co Bayden onunla görüşə bilər.

Publika.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib.

“Prezident Bayden Prezident Zelenski ilə təkbətək danışığı səbirsizliklə gözləyir”, - ABŞ rəsmisi deyib.

Sallivan Zelenskinin Yaponiyaya gəlişinin təmin edilməsində ABŞ-ın rolu olub-olmaması ilə bağlı sualı da cavablandırıb: “Zelenskini bura gətirən ölkə ABŞ deyil”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm