Macarıstan Avropaya Rusiya ilə bağlı çağırış etdi
Bizi izləyin

Dünya

Macarıstan Avropaya Rusiya ilə bağlı çağırış etdi

Macarıstanın baş naziri Viktor Orban Qətərdə keçirilən iqtisadi forumda çıxışı zamanı deyib ki, Aİ Rusiya ilə gələcək Avropa təhlükəsizlik sistemi ilə bağlı saziş bağlamalıdır.

Publika.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

“Əlbəttə, biz Rusiya ilə Avropanın təhlükəsizliyinin gələcəyi ilə bağlı saziş bağlamalıyıq”, - Orban bildirib.

Aİ daxilində münasibətlərə gəlincə, Macarıstanın baş naziri bu məsələyə iki yanaşmanın olduğunu xatırladıb. Brüssel rəsmiləri icmanın bütün üzv dövlətlərini “Avropa Birləşmiş Ştatları”na birləşdirmək istəyir. Amma başqa bir yanaşma var ki, Macarıstan da onun tərəfdarıdır. İkinci yanaşma tərəfdarlarının fikrincə, əksinə, Aİ-yə daxil olan dövlətlərin milli səlahiyyətlərini genişləndirmək lazımdır.

Aydan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm