Dünya
Çavuşoğlu Osloya getməyəcək - SƏBƏB
.jpg?v1695971986)
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO xarici işlər nazirlərinin iyunun 1-də Osloda keçirilməsi planlaşdırılan toplantısında iştirak etməyəcək. Bu səbəbdən isveçli həmkarı Tobias Billströmlə planlaşdırılan görüş orada baş tutmayacaq.
Publika.az xəbər verir ki, bu barədə “Reuters" İsveç nazirinin nümayəndəsinə istinadən məlumat yayıb.
Bununla belə, qeyd edilir ki, tərəflər “çox tezliklə” danışıqlar aparmağı hədəfləyirlər.
Billström bazar ertəsi səhər saatlarında bildirib ki, o, İsveçin NATO-ya daxil olmasını müzakirə etmək üçün iyunun 1-də Osloda Türkiyənin xarici işlər naziri ilə görüşəcək.
İsveç və Finlandiya 2022-ci ilin mayında Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət etmişdilər, lakin Türkiyə kürd təşkilatlarını terrorçu elan etmələrini və 2016-cı ildə terrorizmdə və ya dövlət çevrilişinə cəhddə iştirakda ittiham olunanların ekstradisiyasını tələb edərək, üzvlük prosesini əngəllədi.
Aydan

-
Qarabağ 10:58
Xankəndidə partlayışda ölənlərin sayı açıqlandı
-
Sosial10:23
Qənirə Paşayeva ilə vida mərasimi başa çatdı - FOTO
-
Nida Xəbər 09:42
"Bizim üçün ən təhlükəli erməni Qarabağda qalan ermənidir" - Fazil Mustafa
-
Sosial08:48
Bu şəxslər quru yolla sərhədi keçə bilər
-
Cənubi Qafqaz06:16
Saakaşvili həyatının əsas sevgisindən danışdı: "Peşmanam..." - FOTO
-
Magazin205:45
Bacılar soyunub birlikdə poza verdilər - FOTO
-
Region04:44
Çavuşoğlu Qənirə Paşayevadan yazdı - FOTO
-
Sosial01:41
Ermənilərin daha bir “qələbə” simvolu Qənimətlər Parkına aparıldı - VİDEO