Dünya
BƏƏ BMT Təhlükəsizlik Şurasına sədrliyi İsveçrədən qəbul etdi
İyun ayından etibarən Birləşmiş Ərəb Əmirlikləri İsveçrədən BMT Təhlükəsizlik Şurasına sədrliyini qəbul edib.
Bu barədə Publika.az BMT Təhlükəsizlik Şurasının saytına istinadlaxəbər verir.
Qeyd edək ki, BƏƏ-nin BMT-dəki daimi nümayəndəsi Lana Nusseibe bu ay Təhlükəsizlik Şurasının iş proqramını jurnalistlərə təqdim edərkən Rusiyanın Ukraynaya təcavüzündən bəhs etməyib.
"Ukrayna ilə bağlı suallar bu aya planlaşdırılmayıb, lakin məncə, Təhlükəsizlik Şurasının üzvü bu sualları qaldıracaq", - o, jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, iyunda Təhlükəsizlik Şurasının gündəliyinə CAR, Liviya, Konqo Demokratik Respublikası, Sudan, Əfqanıstan, Somali və Suriyadakı vəziyyətlə bağlı məsələlər daxil edilib. O, mühüm iş sahələri arasında iqlim dəyişikliyi problemini və nifrət nitqinə qarşı mübarizəni də qeyd edib.
Təhlükəsizlik Şurasının Katibliyi həmçinin bildirib ki, iyun ayında hadisələrin inkişafından asılı olaraq Ukraynadakı vəziyyətə həsr olunmuş bir və ya bir neçə iclas keçirə bilər.
BMT Təhlükəsizlik Şurasına sədrlik onun üzvləri arasında hər ay növbə ilə həyata keçirilir. May ayında İsveçrə, iyunda BƏƏ, iyulda isə cədvələ uyğun olaraq Britaniyaya sədrlik edəcək.
Hüseyn İbadlı
-
İnanc06:46Ramazan ayı nə vaxt başlayır?
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır






.jpg)
.jpg)






.jpg)

.jpg)

.jpg)

.jpg)













