Dünya
Artilleriya, quru qoşunları və tanklar: General əks-hücum strategiyasını açıqladı

Tanklar Ukraynanın əks-hücumunda həlledici rol oynayacaq.
Publika.az "Yevropeyskaya Pravda"ya istinadən xəbər verir ki, ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Mark Milli Ukraynanın gələcək əks-hücum əməliyyatı üçün tankların vacibliyini qeyd edib.
Amerikalı generalın sözlərinə görə, tanklar Ukrayna Müdafiə Qüvvələrinin əks-hücumunda həlledici atəş gücünü təmin edəcək.
"Tanklar həm müdafiə, həm də hücum üçün çox vacibdir. Təkmilləşdirilmiş müasir tanklar, onlara uyğun hazırlıq, onlardan istifadə bacarığı Ukraynanın uğurunun əsas komponenti olacaq", - Milli deyib.
O qeyd edib ki, əks-hücum başlayanda tanklar artilleriya, piyada və digər quru qoşunları ilə birgə fəaliyyət göstərəcək.
Eyni zamanda, Milli, F-16 qırıcılarının tədarükü məsələsinin Ukraynanın təchiz edilməsi üçün uzunmüddətli plan olduğunu vurğulayıb.
"Hər kəs başa düşür ki, Ukraynanın modernləşdirilmiş Hərbi Hava Qüvvələrinə ehtiyacı var və hamı bundan xəbərdardır. Belə bir hərbi hava qüvvələrinin yaradılması çox vaxt, səy və pul tələb edəcək", - general bildirib.
Mehti Kamiloğlu

-
Qoroskop07:30
Sevgidə bəxti gətirməyən BÜRCLƏR açıqlandı
-
Nida Xəbər 07:00
Şəhid anası oğlunun məzarına Şuşa və Laçından kəklikotu gətirdi - VİDEO
-
Magazin106:21
Ermənilərin arasında da yaxşı insanlar var - Xalq artisti
-
Qoroskop06:06
Pulunun qədrini bilən bürclər: İdarə etməyi bacarırlar
-
Dünya02:28
Bədən tərbiyəsi müəllimi şagirdi vurdu, sonra da boğmağa çalışdı - VİDEO
-
Nida Xəbər 00:51
23 saat 43 dəqiqəyə 192 can - VİDEO
-
Hadisə00:31
Türkiyədə azərbaycanlı qadın güllələndi
-
Qoroskop00:15
Günün ULDUZ FALI: Yeni işə başlamaq olar