Rusiya Qəzzanın bərpasında iştirak edir
Bizi izləyin

Dünya

Rusiya Qəzzanın bərpasında iştirak edir

Rusiya Qəzza bölgəsində aparılan abadlıq işlərində aktiv iştirak edəcək.

Publika.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi xarici işlər nazirirnin müavini Mixail Boqdanov açqılama verib.

Qəzza zolağının bərpası ilə bağlı Qahirdə təşkil olunmuş beynəlxalq konfransda iştirak edən Boqdanov toplantının əsas məqsədinin mühribə zamanı dağıdılmış yerlərin tezliklə bərpa edilməsi olduğunu bildirib.

"İstər beynəlxalq birliyin, istərsə də Rusiyanın qarşısında duran əsas vəzifə Qəzza zolağında müharibədən dağılmış yerlərin təcili və effektiv şəkildə bərpa edilməsidi. Bölgəyə müxtəlif xəttlərlə Rusiyadan humanitar yardımlar gedir. Rusiya Fövqəladə Hallar Nazirliyinin bütün imkanlarından istifadə olunur. Bu proses davam edir və edəcək", - Boqdanov əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm