Dünya
KQB agenti Putinin alman casusla sevgi macərası
80-ci illərdə Almaniya Federativ Respublikasında SSRİ adına casusluq edən Vladimir Putin burada agent qadınla sevgi macərası yaşayıb.
Axar.az xəbər verir ki, Almaniyanın Die Zeit qəzeti Rusiya Prezidenti Vladimir Putinlə bağlı maraqlı məqalə dərc edib. Qəzetin xəbərinə görə, 80-ci illərdə Almaniya Federativ Respublikasının kəşfiyyat xidməti ölkə hüdudlarında SSRİ adına casusluq edən 33 yaşlı KQB mayorunun olduğunu müəyyənləşdirib. Mayor Putin o zaman əldə etdiyi məlumatları KQB-nin Şərqi Almaniyanın Drezden şəhərində yerləşən qanadına ötürürmüş.
Putin bu dövrdə Şərqi Almaniyanın kəşfiyyat xidmətinə çalışan Helen adlı agent qızla tanış olur. Cütlük eşq macərası yaşayır. Helen Qərbi Almaniyada tərcüməçilik edərək, kəşfiyyat məlumatları əldə etməyə yardım edir.
Qadın agentin həm Putinlə, həm də onun həyat yoldaşı Lyudmila ilə yaxın əlaqələri olur.
Lakin Şərqi Almaniya kəşfiyyat xidməti Putinin Helen ilə yaxın əlaqələrinin olduğunu müəyyənləşdirir. Əldə edilən məlumatlar rəhbərliyə bildirilir. Rəhbərlik Heleni vəzifəsindən uzaqlaşdırır və ona başqa adla, başqa bir yerdə tapşırıq verir.
Qəzet faktla bağlı Rusiya orqanlarına müraciət etsə də, Putinin Helen ilə sevgi macərası inkar edilib.
-
İdman10:38
Bellinqemin yeni uğuru: Özündən 4 yaş böyük modeli ovsunlayıb - FOTOLAR
-
Sosial09:30
Mağazadan qovulan qadınla bağlı QORXUNC AÇIQLAMA: “Onu zorla...”
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO