Dünya
Tehran Yerevanı Bakıdan xilas etmək istəyir - Ssenari
“Ehtimal var ki, Ermənistan İran qazının Avropaya çıxması üçün tranzit ölkə olsun. Bunu Ermənistandakı İran səfiri Məhəmməd Rəisi də istisna etməyib. Bundan əvvəl İranın neft naziri Əli Madjedi Ermənistan vasitəsilə Avropaya qaz çıxarmaq haqqında danışmışdı. Hesab edirəm ki, bu İrana qaşı sanksiyaların tamamilə aradan qaldırılmasından sonra mümkün ola bilər. Yəni bir qədər vaxt lazımdır”.
Publika.az xəbər verir ki, bu barədə Tehran
hökumətinə yaxınlığı ilə seçilən İran politoloqu Əli Salami
deyib.
İranlı politoloq İranın Ermənistana xüsusi önəm verdiyini, əsas
prioritetlərdən biri olduğunu açıqlayıb. O, buna misal kimi hər iki
ölkə rəsmilərinin sıx təmasını göstərib.
Qeyd edək ki, rəsmi Tehranın Yerevana dəstəyi yeni deyil.
Zaman-zaman gündəmə gələn bu dəstək Bakının təcridetmə siyasətinə
zərər yetirir.
Bu günlərdə Xəzərdə Ermənistan mallarının İran gəmiləri vasitəsilə
Şərq bazarlarına çıxışı gündəmə gəlmişdi. Belə ki, yayılan
informasiyaya görə, İran və Ermənistan iqtisadi əlaqələrini
yaxınlaşdırmaq üçün dəfələrlə cəhdlər edib. Tərəflər əvvəllər də
bir sıra böyük layihələrin həyata keçirilməsi barədə niyyət
protokollarını imzalayıb. Belə ki, Ermənistandan İrana yeni
yüksəkgərginlikli elektrikötürmə xətti çəkilməli idi. Əks
istiqamətdə neft kəmərinin çəkilməsi, həmçinin İran-Ermənistan
sərhədində neft emal edən zavodu tikmək planlaşdırılırdı. İki
ölkənin dəmiryol şəbəkələrinin birləşdirilməsindən söhbət gedirdi.
Və nəhayət, İran Ermənistana özünün avtomobil yollarından, həmçinin
Xəzər dənizindəki Ənzəli və Fars körfəzindəki Benderabbas
limanından sıfır tranzit haqqı ilə istifadə barədə təklif
verib.
İran neftinin Ermənistan vasitəsilə Avropaya çıxarılması məsələsinin gündəmə gəlməsi isə işğalçı Yerevanın işğal siyasətini gücləndirə bilər.
Asif Nərimanlı
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq