Pentaqondan sensasion açıqlama: 2024-cü ildə Ukraynada Zelenski olmayacaq
Bizi izləyin

Dünya

Pentaqondan sensasion açıqlama: 2024-cü ildə Ukraynada Zelenski olmayacaq

Pentaqondan sensasion açıqlama: 2024-cü ildə Ukraynada Zelenski olmayacaq

Pentaqonun sabiq analitiki Karen Kviatkovski deyib ki, gələn il Ukrayna prezidenti Vladimir Zelenski artıq ölkədə olmaya bilər.

Publika.az xəbər verir ki, Karen bu barədə “Judging Freedom” YouTube kanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin baş komandanının köməkçisi Valeri Zalujnının bu yaxınlarda ölməsi, Ukraynanın siyasi və hərbi strukturunun hazırda “dağılmaqda” olduğunu göstərir. İndi ukraynalı generallar və siyasətçilər öz həyatlarından narahatdırlar.

“İnanıram ki, bu vaxta qədər Zelenski artıq Ukraynada olmayacaq. Əgər oradadırsa, bunkerdə oturacaq. Əminliklə demək olar ki, bu, sondur”, - Kviatkovski bildirib.

O aydınlaşdırıb ki, indi bütün dünya Ukrayna prezidenti Vladimir Zelenskinin “Amerika Birləşmiş Ştatlarının kuklası” olduğunu görür.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm