Dünya
Makron referendumun əleyhinə çıxdı
Fransa prezidenti Emmanuel Makron hazırda miqrasiya ilə bağlı referendumlar keçirməyi düşünmür, siyasi liderlər arasında onların təşkili ilə bağlı məsələlərdə razılıq yoxdur.
Publika.az “France Info” radiostansiyasına istinadən xəbər verir ki, bunu Paris ətrafındakı Sen-Denidə dövlət başçısı ilə görüşdə iştirak edən partiya liderləri bildiriblər.
Solçu Avropa - Ekologiya – “Yaşıllar” Partiyasının milli katibi Marin Tondelyenin sözlərinə görə, belə bir referendum baş tutmayacaq.
"Masa ətrafında konsensus var idi ki, miqrasiya kimi sosial məsələlər üzrə referendumların keçirilməsi imkanlarını genişləndirmək çətin görünür", - Fransa Kommunist Partiyasının lideri Fabyen Russel deyib.
Eyni zamanda, “Milli Birlik” Partiyasının lideri Jordan Bardella, prezidentin hazırda "bu imkanı nəzərdən keçirmədiyini" söyləyib.
“France Info” qeyd edib ki, o, iclasda bu mövzuda məsləhətləşmələrin aparılmasını müdafiə edən yeganə iştirakçı olub.
-
Region00:15Hücumlar nəticəsində İranda ölənlərin sayı məlum oldu
-
Qoroskop00:00Günün ULDUZ FALI
-
Region18 Aprel 23:48"Mələy"in əri evə girən oğrunu silaha yaxaladı
-
Magazin118 Aprel 23:12Vado Korovinin qızının toyudur - VİDEO
-
Sosial18 Aprel 22:24Sumqayıtda FACİƏ - Futbol oynayarkən halı pisləşən gənc öldü
-
İdman18 Aprel 21:12Messi o ulduz futbolçunun yalanını belə gerçəyə çevirdi
-
Magazin118 Aprel 20:36"17 yaşımda verdiyim qərarın doğru olduğunu anladım"
-
Avropa18 Aprel 20:24Zelenski Kiyevdə ölənlərin sayını açıqladı
































