İdman
Şevçenko: "Əgər ruslar geri dönərsə..."
Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Şevçenko “Champion”a verdiyi şərhdə rusiyalı oyunçuların peşəkar futbola qayıtması perspektivi barədə danışıb.
Publika.az xəbər verir ki, UAF rəhbərinin sözlərinə görə, FİFA hazırda rusların geri qayıtmasını nəzərdən keçirmir.
“Maraqlı tərəflərlə münasibətlərimiz üzərində işləyirik. İndi münasibətlərimizi daim qorumalı, yeniləməli və yaxşılaşdırmalı olduğumuz bir dünyada yaşayırıq. Hazırda rusların geri qayıtması nəzərdən keçirilmir və mən bunu Canni İnfantino ilə müzakirə etdim, bu da o deməkdir ki, biz düzgün iş görürük. Gələcəkdə nə olacaq? Bütün ukraynalılar kimi, biz də dörd il müharibədə yaşamağın necə olduğunu bilirik. Vəziyyət dəyişir və biz də uyğunlaşacağıq.
Ruslar geri dönərsə, bizim hərəkət planımız var, amma tələsməyək. Təhdid olunacağımız bir vəziyyət yaranarsa, hərəkətə keçəcəyik”, – deyə UAF prezidenti bildirib.
-
ABŞ17:10İran və ABŞ bu mühüm məsələdə razılığa gəldi
-
MDB16:36Rusiyada helikopter yoxa çıxdı
-
MDB15:50Rusiyada dəhşət: Pəncərədə dayanıb yoldan keçənləri güllələdi
-
Ekologiya15:43“Azneft”: Dübəndidəki neft sızmasının mənbəyi müəyyən edilib və qarşısı alınıb
-
Sağlamlıq14:41Sinəsini böyütdü, ölümdən son anda döndü
-
MDB14:32Rusiyanın bu isti bölgəsi yaya həsrət qalıb - Sinoptiklər "iyulu gözləyin" deyirlər
-
İdman11:50DÇ-də qalmaqal: Müsəlmanların üstünə spirtli içki tökdülər - VİDEO
-
Avropa11:23Zelenski polşalılara qarşı mənfi münasibət bəsləyir? - Sorğu



































