İdman
Messi o ulduz futbolçunun yalanını belə gerçəyə çevirdi
Luis Dias Lionel Messi haqqında şəxsi hekayəsini danışıb və bu, film ssenarisi kimi səslənir.
Publika.az xəbər verir ki, Dias uşaq vaxtı Messidən forma aldığı ilə bağlı yalan danışdığını etiraf edib:
“Mən kiçik olanda Argentina milli komandasının formasını daşıyırdım və dostlarıma dedim ki, onu mənə Messi hədiyyə edib. Onlar mənə inanırdılar, çünki mən onların lideri idim və futbol haqqında çox şey bilirdim.
Messi ilə görüşəndə ondan formasını istədim və bu hekayəni danışdım. O dedi: “Mənə o formanı gətir, imzalayacağam və yalanı həqiqətə çevirəcəyəm, indi əslini alacaqsan!”
O, həmçinin məndən formamı da istədi. Mən onu ona verəndə zarafatla dedi: “Dostlarına de ki, səndən formanı istəyən Messi olub!” O, çox təvazökar və utancaq idi. O, həmişə mənim kumirim olub”.
-
MDB16:36Rusiyada helikopter yoxa çıxdı
-
MDB15:50Rusiyada dəhşət: Pəncərədə dayanıb yoldan keçənləri güllələdi
-
Ekologiya15:43“Azneft”: Dübəndidəki neft sızmasının mənbəyi müəyyən edilib və qarşısı alınıb
-
Sağlamlıq14:41Sinəsini böyütdü, ölümdən son anda döndü
-
MDB14:32Rusiyanın bu isti bölgəsi yaya həsrət qalıb - Sinoptiklər "iyulu gözləyin" deyirlər
-
İdman11:50DÇ-də qalmaqal: Müsəlmanların üstünə spirtli içki tökdülər - VİDEO
-
Avropa11:23Zelenski polşalılara qarşı mənfi münasibət bəsləyir? - Sorğu
-
Ekologiya11:04Qazaxa dolu düşdü - FAKTİKİ HAVA

































