Bayden də işarə verdi: Məncə, razılaşma yaxındır
Bizi izləyin

Dünya

Bayden də işarə verdi: Məncə, razılaşma yaxındır

Bayden də işarə verdi: Məncə, razılaşma yaxındır

ABŞ prezidenti Co Bayden Qəzzada bəzi girovların azad edilməsi ilə bağlı razılaşmanın yaxınlaşdığına inandığını bildirib.

Publika.az xəbər verir ki, Co Bayden hər il Ağ Evdə keçirilən Şükran Günü ənənəsi olan əfv mərasimində girovlarla bağlı sualı cavablandırıb.

Girovların azad edilməsi ilə bağlı razılaşmanın yaxın olub-olmaması ilə bağlı suala Bayden, buna inandığını bildirib.

Məsələ ilə bağlı əlavə təfərrüatları paylaşmayan Bayden “danışmağa hazır olmadığını” qeyd edib.

ABŞ mətbuatı HƏMAS ilə İsrail arasında fələstinli qadın və uşaq girovların azad ediləcəyi mübadilə razılaşmasının bir neçə gün ərzində açıqlana biləcəyini iddia edib.

Müqavilədə İsrailin Qəzzaya hücumlarına fasilə verəcəyi də iddia edilib.

Amerikanın “Washington Post” qəzeti də tərəflərin razılığa gəlmək üzrə olduğunu yazıb.

Qəzetə danışan adı açıqlanmayan yüksək rütbəli İsrail rəsmisi İsrail və HƏMAS-ın mübadilə razılaşmasının ümumi xətləri üzərində razılaşdıqlarını diqqətə çatdırıb.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm