Dünya
Yanvarın 1-dən etibarən siqaretlə bağlı bu qanun ləğv edilir

Yeni Zelandiyada 2009-cu il yanvarın 1-də və ya ondan sonra doğulmuş insanlara siqaretin satıla bilməyəcəyini bildirən qanun başlamadan ləğv ediləcək.
Publika.az xəbər verir ki, gələcək nəsillərin siqaret çəkməsinin qarşısını almaq üçün qanunu qəbul edən Yeni Zelandiyanın yeni hökuməti bu planı ləğv edir. Keçmiş Baş nazir Casinda Ardernin dövründə 2022-ci ildə qüvvəyə minən və 2024-cü ilin iyulunda tətbiq olunmağa başlaması gözlənilən qanun, 2009-cu il yanvarın 1-dən sonra doğulan hər kəsə siqaretin satılmasının qarşısını almağı hədəfləyir.
Qanunda tütün məmulatlarının tərkibindəki nikotinin miqdarının azaldılıb qiymətlərinin artırılması və ölkədə tütünün satıldığı yerlərin sayının 6 mindən 600-ə endirilməsi kimi maddələr də yer alırdı. Ölkənin yeni koalisiya hökumətinin baş naziri Kristofer Luxon ilk olaraq kürsüdə and içdikdən sonra, bu qanunu ləğv edəcəyini açıqlayıb.
Yeni maliyyə naziri Nikola Uillis, tütün satışından əldə edilən gəlirin koalisiyanın vergi endirimlərini maliyyələşdirəcəyini söyləyib. Yeni Zelandiyada ölümlərin üçdə biri siqaret, içki və qeyri-sağlam qidalanma səbəbindən baş verir. Ən böyük təsiri isə yerli Maori xalqı üzərində göstərir.
Nəzrin

-
Avropa09:00
Makron Pas-de-Kaledə villa satır - Hər ay redit ödəyir
-
Magazin206:16
Nəsrin tərəf müqabili ilə eşq yaşayır? - FOTO
-
Avropa02:12
Bu ölkədə dünyanın ən böyük yeraltı termal gölü tapıldı
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətlərdə diqqətli olun
-
Sosial11 Fevral 23:36
Vəfat edən şəxsin pensiya kapitalını bu şəxslər ala bilər
-
Magazin211 Fevral 23:12
25 yaşlı parlayan ulduz Merilin Monro rolunda - FOTO
-
İdman11 Fevral 21:48
Kadi qayıdışını qolla qeyd etdi - VİDEO
-
Magazin111 Fevral 21:24
Əməkdar artist bu restorandan qovuldu - FOTO