Netanyahu SON NÖQTƏNİ QOYDU: "HƏMAS artıq Qəzzanı idarə etməyəcək"
Bizi izləyin

Yaxın Şərq

Netanyahu SON NÖQTƏNİ QOYDU: "HƏMAS artıq Qəzzanı idarə etməyəcək"

İsrailin Baş naziri Benyamin Netanyahu HƏMAS Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın məhv edilməsini təsdiqləyib.

Publika.az bu barədə İsrail KİV-nə istinadla xəbər verir.

İsrail lideri Sinvarın öldürülməsini hərəkatın Qəzza zolağında qüdrətinin süqutunda mühüm mərhələ adlandırıb və İsrail ordusunun əməliyyatının davam edəcəyinə əmin edib.

O, həmçinin könüllü olaraq silahlarını yerə qoyan və girovları azad edən Həmas döyüşçülərinin həyatını xilas edəcəyinə söz verib.

İsrailin baş HƏMAS Siyasi Bürosunun rəhbəri Sinvarın ölümünün Qəzza zolağının taleyinə təsirini də qiymətləndirib .

“Bu gün mən Yəhya Sinvarın məhv edildiyini sizə bildirmək üçün sizin qarşınızda dururam. Onun aradan götürülməsi şər səltənətinin süqutunda mühüm mərhələdir. HƏMAS artıq Qəzzanı idarə etməyəcək. Bu, HƏMAS-dan sonrakı günün başlanğıcıdır və bu, siz Qəzzə xalqının nəhayət onun zülmündən qurtulmaq üçün fürsətdir.”, - deyə siyasətçi videomüraciətində bildirib.

O, həmçinin HƏMAS üzvlərini israilli girovları azad etməyə çağırıb və bu işdə canlarını bağışlayacaqlarına söz verib.

"HƏMAS terrorçularına deyirəm: liderləriniz qaçır və onlar məhv ediləcəklər. Bizi girov tutan hər kəsə deyirəm: kim silahını yerə qoysa və girovlarımızı qaytarsa, biz onun gedib yaşamasına icazə verəcəyik", - Netanyahu bildirib.

Xatırladaq ki, İsrail ordusu oktyabrın 17-də axşam saatlarında İsrail hərbçilərinin Sinvarı öldürdüyünü açıqlayıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm