İnanılmaz: Miley andiçmə mərasiminə onu da dəvət etdi
Bizi izləyin

Dünya

İnanılmaz: Miley andiçmə mərasiminə onu da dəvət etdi

Noyabrın 19-da Argentinada keçirilən prezident seçkilərində qalib gələn Xavyer Miley seçki kampaniyası zamanı haqqında "sərt" açıqlamalar verən Braziliya prezidenti Luis İnasio Lula da Silvanı andiçmə mərasiminə dəvət edib.

Publika.az xəbər verir ki, Miley dekabrın 10-da keçiriləcək andiçmə mərasiminə dəvət məktubunu Argentinanın yeni Xarici işlər naziri olacağı gözlənilən Diana Mondino vasitəsilə göndərib.

Məktubda iki ölkə arasındakı əlaqələrə diqqət çəkən Miley bu ifadələri işlədib:

"Hər iki xalqın qarşısında çoxlu problemlər var. Əminəm ki, azadlıq prinsiplərinə əsaslanan iqtisadi, sosial və mədəni dəyişikliklər bizi rəqabətədavamlı ölkələr sinfində yerləşdirəcək. Biz bilirik ki, ölkələrimiz arasında sıx tarixi və coğrafi əlaqələr var. Bu səbəbdən sizi fiziki inteqrasiya, ticarət və beynəlxalq mövcudluq səviyyəsində tamamlayıcılıq sahələrini paylaşmağa dəvət edirik".

Miley məktubunda Lula da Silva ilə yaxın münasibət qurmaq istədiyini bildirərək, "Növbəti dəfə görüşməyi ümid edirəm, xahiş edirəm, salamlarımı hörmətlə qəbul edin",- deyə bildirib.

Miley prezidentlik vəzifəsinə dekabrın 10-da başlayacaq və 2027-ci ilə qədər icra edəcək.

Nəzrin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm