Dünya
And içməmiş ABŞ-a niyə gedib?

Argentinanın yeni rəhbəri Xavyer Miley ABŞ-a səfər edib.
Publika.az xəbər verir ki, Miley Beynəlxalq Valyuta Fondunun (BVF) rəsmiləri və Ağ Ev prezidenti Co Baydenin administrasiyası ilə danışıqlar aparmaq üçün Nyu-York və Vaşinqtonda olacaq.
Bu barədə “Bloomberg” məlumat yayıb. Mənbələrin məlumatına görə, Miley Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və ABŞ Maliyyə Nazirliyinin nümayəndələri ilə görüşəcək. Departamentdən bildirilib ki, yüksək vəzifəli məmurlar Mileyin komandası ilə iqtisadi siyasətlə bağlı danışmaq niyyətindədirlər.
Kampaniya meneceri Nikolas Posse və iqtisadi məsləhətçi Luis Kaputonun müşayiəti ilə o, BVF rəsmiləri ilə danışıqlar aparacaq, çünki Argentina 43 milyard dollarlıq kredit sazişini yenidən müzakirə etməlidir.
Mileyin andiçmə mərasiminin dekabrın 10-da olacağı bildirilir.
Tural

-
Nida Xəbər 22:42
Paşinyan Makronla Ermənistan-Azərbaycan sülh prosesini müzakirə etdi
-
Kriminal21:17
Vardanyanın cinayət işinin məhkəmə baxışı davam etdirildi
-
Magazin121:05
Çimnaz Sultanovanın Xalq artisti ilə arxiv VİDEOSU
-
Nida Xəbər 20:23
Rusiyaya işləməkdə ittiham edilən Elmar Məmmədyarovdan İLK AÇIQLAMA
-
ABŞ20:00
Ukraynanın ABŞ-ın 52-ci ştatı olması təklif edildi
-
İnanc19:20
Həcc ziyarətinə gedəcək şəxslərin nəzərinə! - YENİ QADAĞA
-
Kriminal18:40
Ana 3 övladının biləklərini kəsdi: 2-si öldü
-
Dünya16:24
Çağırış edildi: Rusiyaya səfərdən çəkinin - Sərhədlər bağlana bilər