Dünya
Həyəcan təbili: Qlobal iqtisadiyyat üçün ciddi təhlükə var

Dünya iqtisadiyyatı ayrı-ayrı ticarət bloklarına parçalanır, bu isə çox ciddi təhlükədən xəbər verir.
Publika.az xəbər verir ki, Çin Xalq Respublikasının Dövlət Şurasının baş naziri Li Qianq belə deyib. Onun fikrincə, belə vəziyyətdə dövlətlər qlobal istehsal və logistika zəncirlərinin maneə törədilməsinin qarşısını almalıdır.
Baş nazir əlavə edib ki, ölkələr texnoloji tərəqqi və əmək məhsuldarlığını sürətləndirmək istəyirlərsə, açıq inkişaf imkanlarından daha yaxşı yararlanmalıdırlar.
Qeyd edək ki, bir müddət əvvəl Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin Rusiya və Çinin qabaqcıl sənaye və innovasiyalar yaratmaq üçün ən yaxşı təhsil təcrübələrini mübadilə etməli olduqlarını deyib. Parlamentin aşağı palatasının sədri eyni zamanda qeyd edib ki, iqtisadi artımın yüksək templərinə nail olmaq üçün təhsilin keyfiyyətinin yüksəldilməsindən başlamaq lazımdır.
Cəmilə

-
Hadisə01:20
Toydan çıxan 18 yaşlı gənc damarlarını kəsdi - Azərbaycanda dəhşətli hadisə
-
Qoroskop00:55
Günün qoroskopu: maddi fürsətlər doğa bilər
-
Nida Xəbər 25 Aprel 23:59
Ərdoğan Azərbaycana gələcək
-
Region25 Aprel 22:08
İstanbulda yenə zəlzələ oldu
-
Kriminal25 Aprel 21:07
Zərərçəkmiş şəxs Ermənistan ordusunun törətdiyi vəhşiliklərdən danışdı - MƏHKƏMƏ
-
Yaxın Şərq25 Aprel 20:45
Suriyanın yeni bayrağı BMT-də dalğalandı
-
Dünya25 Aprel 19:30
Putin Trampın nümayəndəsi ilə görüşdü
-
Ekologiya25 Aprel 18:20
Ayın son beş günü hava necə olacaq? - Yağış, külək, dolu...