Dünya
Yataqxanada yanğın: 13 nəfər öldü

Qazaxıstanın Almatı şəhərində yataqxanada baş verən yanğında 4-ü xarici ölkə vətəndaşı olmaqla, 13 nəfər həyatını itirib.
Publika.az xəbər verir ki, Almatı Fövqəladə Hallar İdarəsindən verilən açıqlamada şəhərdə üçmərtəbəli binanın zirzəmisində fəaliyyət göstərən “Almatı Hostel” adlı yataqxanada yerli vaxtla saat 05:30 radələrində yanğın baş verdiyi bildirilib.
Açıqlamada yanğında 4-ü əcnəbi olmaqla 13 nəfərin cəsədinin tapıldığı qeyd edilib. 13 nəfərin tüstüdən zəhərlənərək öldüyü, həyatını itirən əcnəbilərdən 2-nin Rusiya, 2-nin isə Özbəkistan vətəndaşı olduğu məlum olub.
Yanğın zamanı yataqxanada olan 72 nəfərdən 59-nun öz imkanları ilə çıxdığı, 3 nəfərin isə xəstəxanaya yerləşdirildiyi açıqlanıb.
Almatı qubernatoru Yerbolat Dosayevin sözlərinə görə, yataqxanadan daha çox universitet tələbələrinin istifadə edirmiş. Yataqxana 1,5 ay əvvəl fəaliyyətə başlayıb və zirzəmidə olmaq qanuna zidd imiş.
Nəzrin Cavadzadə

-
Avropa22:14
Hamburq dəmir yolu vağzalında bıçaqlı hücum: 12 nəfər xəsarət aldı
-
Magazin121:49
O mükafatın Kann Film Festivalı ilə yaxından-uzaqdan əlaqəsi yoxdur! - Röya Ayxanla bağlı QALMAQAL
-
Rəsmi xronika20:40
İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNDİ
-
Region20:20
Türkiyədə dəhşətli PARTLAYIŞ: ölən və yaralanan var - FOTOLAR
-
Magazin120:10
Xalq artisti həbs etdirdiyi keçmiş həyat yoldaşı haqda: "Mənə dəfələrlə bıçaq vurub"
-
Kriminal19:55
Harutyunyan məhkəmədə dövlət ittihamçılarının suallarını cavablandırdı
-
Nida Xəbər 18:50
Bunu alqışlayıram - Paşinyandan Azərbaycanla bağlı paylaşım
-
MDB18:30
Türkiyədən Rusiyaya qayıdan təyyarə fəlakət siqnalı verdi