Çində narahatlıq: Bu indeks yenə də azaldı
Bizi izləyin

Dünya

Çində narahatlıq: Bu indeks yenə də azaldı

Çin Milli Statistika Bürosunun açıqladığı məlumatlara görə, istehsal sənayesi Satınalma Menecerləri İndeksi (PMI) noyabr ayında 0,1 bənd azalaraq 49,4-ə düşüb.

Publika.az xəbər verir ki, Çində istehsal sektorlarında aparıcı iqtisadi fəaliyyət məlumatları, ötən aydan daralma tendensiyasının davam etdiyini göstərib. 2023-cü ilin ilk üç ayında yüksəlişdən sonra İstehsal PMI mart ayından başlayaraq azalmağa başlayıb. Uzun müddət ərzində ilk dəfə 50 ballıq artım həddindən aşağı - 49,4-ə düşüb.

Qeyri-istehsal PMI də 50,6-dan 50,2-yə düşsə də, artım həddinin üstündə qalıb. İndeks isə sentyabr ayında 5 ayda ilk dəfə yüksəlib. Tikinti sektorunun alt indeksi 53,5-dən 55-ə yüksələrkən, keçən ay azalmadan sonra canlanma olub.

PMI indekslərində 50-dən yuxarı olan dəyərlər iqtisadi fəaliyyətdə artımı göstərir.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm