Lavrov Blinkenlə Borreli ələ saldı: Qorxurlar, mən isə qaçmamışam
Bizi izləyin

Dünya

Lavrov Blinkenlə Borreli ələ saldı: Qorxurlar, mən isə qaçmamışam

ABŞ dövlət katibi Antoni Blinken və Avropa diplomatiyasının rəhbəri Xosep Borrelin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) üzv ölkələrin xarici işlər nazirlərinin görüşdüyü Makedoniya paytaxtını vaxtından əvvəl tərk etməsi onların dialoq qorxusundan xəbər verir.

Publika.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransında deyib. Onun sözlərini RİA Novosti sitat gətirib.

"Getdilər, belə başa düşürəm ki, Blinken və Borrell də getdi. Bu niyə baş verir? Yaxşı, yəqin ki, bununla Rusiyanı təcrid etmək niyyətlərini vurğuladıqlarını düşünürlər. Amma məncə, onlar sadəcə qorxaqdırlar, qorxurlar. Əldə olan faktlarla hər hansı səmimi söhbətdən qorxurlar” - Rusiya XİN rəhbəri bildirib

Lavrov həmçinin qeyd edib ki, “həmkarım, dövlət katibi Blinken qaçıb, mən heç yerə qaçmamışam”.

Birbaşa ATƏT-in struktur kimi fəaliyyət göstərməsi məsələsinə toxunan diplomat qeyd edib ki, Qərb dövlətləri əzmkarlıqla onu “bitirməkdə” davam edirlər.

"Bu gün bu hiss güclənir, ən mühüm hiss laqeydlikdir. Təşkilat artıq özünü elə bir hala gətirib ki, məsələn, bundan sonra nə olacağı məni narahat etmir", - Lavrov deyib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm