Gürcüstanda deputatlar əlbəyaxa oldu: “Rusiya arzusu”nun sonu yaxınlaşır
Bizi izləyin

Dünya

Gürcüstanda deputatlar əlbəyaxa oldu: “Rusiya arzusu”nun sonu yaxınlaşır

Acarıstan Ali Şurasında Vahid Milli Hərəkat partiyası ilə iqtidar partiyasından olan deputatlar arasında münaqişə yaşanıb.

Publika.az xəbər verir ki, bu barədə “Georgia News” məlumat yayıb. Münaqişə nəticəsində deputatlar əlbəyaxa olublar.

Müxalifətçilər muxtariyyətin təqdim olunan büdcə layihəsinə yenidən baxılmasını tələb ediblər, “Gürcü arzusu” bunu ideal hesab edib və heç nəyi dəyişmək istəməyib.

Nəticədə Vahid Milli Hərəkat Partiyasının nümayəndələri parlamenti tərk ediblər və layihə onlarsız qəbul edilib.

“Mənim həmrəyliyim komanda yoldaşlarım və qardaşlarımladır. “Rusiya arzusu”nun sonu yaxınlaşır, isteriya güclənir”, – Vahid Milli Hərəkat Partiyasının sədri Levan Xabeişvili toqquşmadan sonra “Facebook”da yazıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm