Çində güclü zəlzələ oldu
Bizi izləyin

Dünya

Çində güclü zəlzələ oldu

Çinin Dehonq Dai Tsinpo muxtar prefekturasının Manşi şəhərində (Yunnan əyaləti, Çinin cənub-qərbi) 5 bal gücündə zəlzələ baş verib.

Publika.az xəbər verir ki, bu barədə Çin Seysmoloji Şəbəkə Mərkəzi (CENC) məlumat yayıb.

Zəlzələnin episentri 10 km dərinlikdə yerləşib.

Yeraltı təkanlar əyalətin bir çox bölgəsində, o cümlədən Lintsanq və Baoşan dairələrində və Dali Bay Muxtar Prefekturasında güclü hiss olunub.

Yeraltı təkanların episentri əyalətin inzibati mərkəzi olan Kunminq şəhərindən 476 km aralıda yerləşib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm