Blinkendən İsrailə sərt xəbərdarlıq: Vaxtınız çox qalmayıb
Bizi izləyin

Dünya

Blinkendən İsrailə sərt xəbərdarlıq: Vaxtınız çox qalmayıb

ABŞ dövlət katibi Antoni Blinken İsrailə 4-cü səfəri zamanı Qəzzada mülki şəxslərin müdafiəsi ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Publika.az xəbər verir ki, "Times of Israel" qəzeti amerikalı nazirin qapalı görüşdə Blinkenin çox sərt danışdığını, hücum üçün İsrailin çox vaxtının olmadığını deyib.

Oktyabrın 7-dən bəri İsrailə 4-cü dəfə gələn ABŞ dövlət katibi Antoni Blinken Qəzzada mülki əhalinin müdafiəsi ilə bağlı indiyədək ən sərt açıqlamasını verib. Blinken İsrail hökumətindən Qəzzada mülki əhalinin köçürülməsinin qarşısını almağı xahiş edib. O, məktəb, xəstəxana və bu kimi əhəmiyyətli obyektlərin vurulmamasını tələb edib. Blinken, İsrailin hərbi əməliyyatlarını davam etdirəcəyini anladığını, lakin Qəzzanın şimalında kütləvi mülki ölümlərin və insanların köçünün Qəzzanın cənubunda baş verməməli olduğunu bildirib.

Blinken İsrail rəsmiləri ilə görüşündə "Qəzzanın cənubunda şimaldakı kimi fəaliyyət göstərə bilməzsiniz. Orada 2 milyon fələstinli var. Daha az insanı evlərindən çıxarmağa çalışmalısınız. Hücumlar zamanı BMT obyektlərini vurmamaq və mülki şəxslər üçün kifayət qədər təhlükəsiz ərazilər təmin etmək lazımdır " deyə Blinken sərt xəbərdarlıq edib.

“Times of Israel”in verdiyi məlumata görə, müharibə başladığı gündən sərt açıqlamaları ilə diqqət çəkən İsrail müdafiə naziri Yoav Qallant Blinkenin xəbərdarlığına “İsrail cəmiyyəti HƏMAS-ı məhv etmək üçün aylar çəksə belə arxamızda dayanacaq” deyib. Aallanta verdiyi cavabda isə Blinken , "Məncə, bunun üçün sizin kifayət qədər kreditiniz olduğunu düşünmürəm " deyə şillə kimi cavab verib.

İsrailin müdafiə naziri Yoav Qallant və ABŞ dövlət katibi Antoni Blinken arasında gərgin söhbət keçən ay ABŞ mediasına sızan məlumatlarla düz mütənasibdir. ABŞ mediası Blinkenin bəyanatını “ABŞ-ın müharibənin gedişatını dəyişdirmək üçün kritik addımı” kimi qiymətləndirib. İsrail mediası isə yazır ki, ABŞ nazirinin bəyanatları İsrailin müharibə aparma tərzindən artan narahatlığı əks etdirir.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm