Qərb bu ölkələrdən tələb edir: Anti-Rusiya sanksiyalarını gücləndirin
Bizi izləyin

Dünya

Qərb bu ölkələrdən tələb edir: Anti-Rusiya sanksiyalarını gücləndirin

Qərb ölkələri Liberiya, Marşal adaları və Panamaya təzyiq göstərir, onların hökumətlərindən öz bayraqları ilə üzən gəmilərə nəzarəti gücləndirməyi tələb edirlər.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, yuxarıda göstərilən ölkələrdən tələb olunur ki, öz bayraqları ilə üzən gəmilər Rusiya neftinin “qiymət tavanından” yuxarı qiymətlərlə daşınmasında iştirak etməsinlər.

Ötən il dekabrın 5-dən Qərbin Rusiya neftinə qarşı sanksiyaları qüvvədədir. Aİ alışı dayandırdı və G7 dövlətləri, Avstraliya və Avropa İttifaqı “qiymət tavanı” tətbiq etdi, yəni dəniz nəqliyyatı üçün Rusiya neftinin qiymətini bir barel üçün 60 dollar səviyyəsində məhdudlaşdırdı.

Buna cavab olaraq, Rusiya hakimiyyəti müqavilələrdə birbaşa və ya dolayısı ilə maksimum qiymətin müəyyən edilməsi mexanizmindən istifadəni nəzərdə tutulursa, neftin xarici alıcılara satışını qadağan etdi.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm