Rusiyanın Sakit Okean Donanmasının gəmiləri bu ölkəyə girdi
Bizi izləyin

Dünya

Rusiyanın Sakit Okean Donanmasının gəmiləri bu ölkəyə girdi

Rusiya Sakit Okean Donanmasının hərbi gəmilərinin bir dəstəsi , o cümlədən böyük sualtı qayıqlara qarşı “Admiral Panteleev” gəmisi və orta dəniz tankeri “Peçenqa” da daxil olmaqla Vyetnamın Kamran limanına gəlib.

Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb .

Gəmilər Rusiyanın Ho Şi Min şəhərindəki baş konsulu Timur Sadıkovun iştirak etdiyi təntənəli mərasimlə qarşılanıb . Sadıkov qeyd edib ki, Kamran Rusiya üçün “çox mühüm liman” olaraq qalır və burada “Sovet İttifaqı və Vyetnam xalqları arasında hərbi qardaşlıq və dostluq ənənələri qoyulub”.

Gəmilərin gəlişində məqsəd dekabrın 4-dək davam edəcək işgüzar səfərdir. Dənizçilərin Vyetnam Xalq Ordusunun dördüncü dəniz bölgəsinin komandanlığı və Xan Hoa əyalətinin Xalq Komitəsinin (administrasiyasının) rəhbərliyi ilə görüşlər keçirəcəyi gözlənilir.Planlara həmçinin vyetnamlı həmkarları ilə birgə dostluq idman yarışları və Nha Trangın görməli yerlərinə səfərlər daxildir.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın Çinə qarşı mübarizə aparmaq üçün region ölkələri ilə tərəfdaşlıq çərçivəsində Asiyada kəşfiyyat şəbəkəsi yaratmaq planları barədə məlumat yayıllb. Rəsmilər bildiriblər ki , bu addım həmçinin Yaponiya , Hindistan və Vyetnam ilə ikitərəfli məlumat mübadiləsinin gücləndirilməsini nəzərdə tutur.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm