Dünya
Yadplanetlilərin qalıqlarında naməlum DNT tapıldı
![](https://publika.az/storage/2023/12/03/mumiya.jpg?v1722036719)
Aparılan yeni analizin nəticələrinə görə, Peruda aşkar edilmiş mumiyalanmış yadplanetlilərin qalıqlarının 30 faizi naməlum növ DNT-dən ibarətdir. Meksikada tapılmış sirli cəsədlərin qalıqları üzərində aparılmış tədqiqat onların insanlara aid olmadığını aşkarlayıb.
Publika.az “Daily Mail”ə istinadla xəbər verir ki, Meksika yadplanetlilərinin sirri, tapılan kiçik cəsəd qalıqları üzərində aparılan tədqiqatlar onların insana yox, “naməlum canlı növün”ə aid olduğunu sübuta yetirdikdən sonra bir qədər də müəmmalı xarakter alıb.
Nəşrin yazdığına görə, son iki ay ərzində Meksika Milli Assambleyasında baş verənlər sanki sirki xatırladır. Belə ki, qalmaqal yaratmağı sevən və uçan naməlum obyektlərlə (UNO) maraqlanan entuziast və jurnalist Hayme Maussan Peruda aşkar edilən mumiyalanmış qalıqların planetimizdən kənarda həyatın mövcud olduğunu sübuta yetirdiyini iddia edərək, bununla bağlı məhkəməyə müraciət edib.
Son araşdırma cəhdlərinin birində Maussan tədqiqatçı alimləri bir araya toplayıb və araşdırmaçılar DNT fiqurlarını təhlil edərək, onların 30 faizinin indiyədək bəşəriyyətə məlum olan heç bir canlıya aid olmadığını müəyyənləşdiriblər. Qalan 70 faizin mənşəyi hələ açıqlanmayıb.
“Tapılmış iki cəsədin möhkəm sümükləri var, onların dişi yoxdur və ağızlarında Yer kürəsində nadir tapılan yumşaq, gümüşü-ağ rəngli kadmium və mavi-ağ osmium metallarından hazırlanmış implantatlar var. Bu canlıların bizim planetdə bənzəri yoxdur. İctimaiyyət qeyri-insanı texnologiyalardan və varlıqlardan xəbərdar olmalıdır. Bu həqiqət bəşəriyyətin birləşməsinə xidmət etməlidir, aramızda ayrı-seçkilik yaratmamalıdır. Biz nəhəng Kainatda tək deyilik və bu həqiqətlə barışmalıyıq” – deyə, jurnalist açıqlamasında bildirib.
Bu ayın əvvəlində Maussan araşdırmaya həkimlərdən ibarət qrup dəvət edib, onların bəziləri tapılan qalıqların hibrid, daha doğrusu, insanların əcdadları olduqlarını ehtimal ediblər. Digər ekspertlər isə onların əsl, vaxtilə planetimizdə yaşayan canlı orqanizmlərə aid olduğunu iddia edirlər.
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
İdman03:19
Ailəsi ilə istirahət edir: məkanı gizli saxlayır - FOTOLAR
-
Sağlamlıq02:18
Bu tərəvəz kişiləri prostat xərçəngindən qoruyur - Uroloqdan tövsiyə
-
Magazin101:48
Ebru Gündeşdən boşanma iddialarına CAVAB - FOTO
-
İdman01:20
Məşq edərkən maşın vurdu: Paris-2024-ü buraxacaq
-
Qoroskop00:42
Günün qoroskopu: gəlirləriniz arta bilər
-
Nida Xəbər 00:27
Sərdar Cəlaloğlu namizədliyini geri götürdü - Səbəbini belə izah etdi
-
Magazin100:12
"Ərim deyir ki, üçüncü uşaq olmasa, səni boşayacam" - Sevda Yahyayeva
-
İdman26 İyul 22:00
Azərbaycan nümayəndə heyəti paraddan keçdi - VİDEO