Deputat təyyarə qəzasında ÖLDÜ
Bizi izləyin

Dünya

Deputat təyyarə qəzasında ÖLDÜ

Paraqvayın şərqində kiçik təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub.

Publika.az-ın məlumatına görə, bu barədə ölkənin qanunverici orqanının aşağı palatası bildirib.

Məlumata əsasən, ölənlər arasında Paraqvay parlamentinin deputatı da olub.

"Dekabrın 2-də axşam saatlarında deputat Valter Armsın (İtapua Departamentindən Milli Respublikaçılar Assosiasiyası) San Pedro departamentinin Quayaybi dairəsində təyyarə qəzası nəticəsində həlak olması məlum olub. Hadisə nəticəsində deputatın qardaşı da daxil olmaqla daha üç nəfər həlak olub", - deyə bildirilib.

Deputatlar Palatası həmçinin bildirib ki, V.Armsin ölümü ilə əlaqədar Konqresdə üç günlük matəm elan edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm