İraqda 26 ildən sonra bir ilk - Onsuz cəmiyyətdə parçalanma ola bilər
Bizi izləyin

Dünya

İraqda 26 ildən sonra bir ilk - Onsuz cəmiyyətdə parçalanma ola bilər

İraq administrasiyası 26 il sonra 2024-cü ilin noyabrında vətəndaşlara etnik mənsubiyyəti və məzhəbi ilə bağlı suallar vermədən ümumi siyahıyaalma aparacaq.

Publika.az xəbər verir ki, 1997-ci ildə ölkədə keçirilən sonuncu siyahıyaalmada əhalinin etnik və dini xüsusiyyətlərini ortaya çıxaran suallar daxil edilib. İraq hökuməti gələn ilki siyahıyaalmaya etnik mənsubiyyət və məzhəblə bağlı sualları daxil etməmək qərarına gəlib. Çünki bu, cəmiyyətdə parçalanmaya səbəb ola bilər.

İraq Planlaşdırma Nazirliyinin sözçüsü Əbdüzzəhra əl-Hindavi bildirib ki, ilk dəfə elektron şəkildə keçirilməsi planlaşdırılan siyahıyaalmaya texniki hazırlıqlar və soruşulacaq suallar tərtib edilib:

“Bəzi səbəblərdən uzun illərdir həyata keçirilə bilməyən siyahıyaalmanın rəsmi məlumatları əldə etməkdə böyük çətinliklər yaradıb. Bu statistikanın olmaması bizim inkişaf planlarımıza mənfi təsir göstərir”.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm