Ukraynaya dron əleyhinə raketlər verildi
Bizi izləyin

Dünya

Ukraynaya dron əleyhinə raketlər verildi

Böyük Britaniya Ukraynaya pilotsuz təyyarələri məhv etmək üçün istifadə edilən çoxməqsədli "Martlet" raketləri təhvil verib.

Publika.az xəbər verir ki, bu barədə "The Times" qəzeti yazıb.

Britaniya hakimiyyəti rəsmi olaraq bu raketlərin tədarükünü elan etməsə də, onların Ukraynada istifadəsi haqqında xəbərlər yayılıb. Sentyabrda Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps bildirmişdi ki, London önümüzdəki aylarda Ukraynaya hava hücumundan müdafiə, uzaqmənzilli raketlər və Ukrayna ordusunun təlimi daxil olmaqla mühüm sahələrdə yardım göstərəcək.

Lazerlə idarə olunan "Martlet" raketləri Fransanın "Thales" müdafiə sənayesi qrupu tərəfindən Belfastdakı obyektdə istehsal olunur. "Martlet"in uzunluğu 1,3 m, kalibri 76 mm, çəkisi 13 kq-dır. Raket döyüş başlığının kütləsi 3 kq, uçuş məsafəsi 8 km-dir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm