BMT Qəzzada atəşkəslə bağlı növbəti dəfə çağırış etdi
Bizi izləyin

Dünya

BMT Qəzzada atəşkəslə bağlı növbəti dəfə çağırış etdi

Biz atəşkəs çağırışımızı təkrar edirik.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stefan Dujarrik bildirib.

BMT Qəzzada mülki şəxslərin, alimlərin, jurnalistlərin və BMT işçilərinin həlak olduğunu vurğulayıb.

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) mövcud vəziyyətin Qəzzada insanların ehtiyaclarının qarşılanmasına imkan vermədiyi barədə xəbərdarlıq etdiyini xatırladan Dujarrik, bölgədəki qarşıdurmaların intensivliyi səbəbindən yardımların paylanmasının böyük ölçüdə dayandığını qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm