ABŞ İranı ittiham etdi: Onların hücumlarını planlaşdırır
Bizi izləyin

Dünya

ABŞ İranı ittiham etdi: Onların hücumlarını planlaşdırır

​ABŞ administrasiyası hesab edir ki, İran hakimiyyəti Yəmənin üsyançı hərəkatı "Ənsar Allah" (Husi) tərəfdarlarının pilotsuz uçuş aparatları və raketlərdən istifadə edərək İsrailə, eləcə də Qırmızı dənizdəki gəmilərə hücumlarının planlaşdırılmasında və həyata keçirilməsində iştirak edir.

Publika.az xəbər verir ki, bu barədə ABŞ prezidentin milli təhlükəsizlik üzrə köməkçisinin birinci müavini Conatan Fayner məlumat verib.

Onun sözlərinə görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rolu olmasaydı, husilərin “silahları, kəşfiyyatı olmazdı.

Ağ Evin sözçüsü Aspen İnstitutunun forumunda deyib: "Onlar bu hücumların həyata keçirilməsində, onların planlaşdırılmasında və son nəticədə onlara dəstək verməkdə iştirak edirlər".

İran hakimiyyəti zərbələrdə hər hansı əli olduğunu inkar edir. Fayner əlavə edib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin idarə olunan raket esminesi “Carney” husilərin Qırmızı dənizdən İsrailə doğru atdığı onlarla raket və pilotsuz uçan aparatı vurub.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm