İsrailin yarıçılpaq götürdüyü əsirlər kimlərdir?
Bizi izləyin

Dünya

İsrailin yarıçılpaq götürdüyü əsirlər kimlərdir?

Dünya Qəzzanın şimalında İsrail ordusu tərəfindən saxlanılan onlarla yarıçılpaq fələstinlinin görüntülərindən danışır. İsrail “bu şəxslərin HƏMAS-la əlaqəsi olub-olmadığını araşdıracağını” bildirdiyi halda, məhbuslar arasında qeyri-insani rəftara məruz qalan mülki şəxslərin də olduğu deyilir.

Publika.az xəbər verir ki, İsrail ordusu Qəzza əməliyyatlarında "HƏMAS-ın ağırlıq mərkəzlərini hədəfə aldığını" və "şimalda qalanları dindirilmək üçün həbs etdiyini" açıqlasa da, yarıçılpaq, gözləri və əlləri bağlı saxlanılan fələstinlilərin görüntüləri hiddətə səbəb olub. Qəzza zolağının şimalındakı Cibaliya və Şəcayya bölgələrində HƏMAS-la əlaqələri olması səbəbi ilə həbs edilən fələstinlilər arasında bölgədəki məktəblərə sığınan və silahlı qruplaşmalarla əlaqəsi olmayan çoxlu sayda mülki vətəndaşın olduğu açıqlanıb.

Fələstin mediası həbs edilən fələstinlilərin İsrail ordusu və kəşfiyyat xidməti Şin Bet tərəfindən “xüsusi müəssisədə” dindiriləcəyini bildirib. Saxlanılanların bəzilərinin həmkarları və ya ailə üzvləri tərəfindən kimliyi müəyyən edilib. Onların arasında yaşı 18-dən az olan oğlan tələbələrin və HƏMAS-la heç bir əlaqəsi olmayan yerli mağaza sahiblərinin olduğu da qeyd edilir.

Avro-Aralıq dənizi İnsan Haqları Monitoru (Euro-Med Monitor) Fələstinlilərin saxlanmalarına dair görüntülərin “kobud istismar ehtiva etdiyini” və İsrail qüvvələrinin həkimlər, akademiklər, jurnalistlər və yaşlı kişilər də daxil olmaqla, məcburi köçkün mülki şəxsləri “özbaşına saxlaması” barədə məlumatlar aldığını deyib. Qətərdə yerləşən “Əl-Ərəbi Əl-Cədid” xəbər təşkilatı həbs olunanlar arasında müxbirlərdən biri, Beyt Lahiyədə yaşayan Diya Əl-Kəhlut və onun bir neçə ailə üzvünün olduğunu açıqlayıb. İsrail ordusunun sözçüsü Daniel Haqari görüntülərlə bağlı sualı cavablandırarkən, saxlanılanların "ordu tərəfindən quru əməliyyatları zamanı həyata keçirdiyi reyd zamanı həbs edildiyini" bildirib. O, “Həmas ilə kimin əlaqəsi olduğunu, kimin olmadığını araşdırıb yoxlayırıq. Hamısını saxlayıb dindiririk. Biz iş bitənə qədər HƏMAS-ın hər bir qalasını məhv etməyə davam edəcəyik” ifadələrini işlədib.

Nəzrin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm